EN

Putin: "Bu halda münaqişənin mahiyyəti xeyli dəyişəcək"

"Ukrayna ordusunun Qərbin təqdim etdiyi ən müasir yüksək dəqiqlikli uzaqmənzilli sistemlərdən istifadə etmək imkanı yoxdur". 

Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Putinin sözlərinə görə, Ukraynada olmayan peyklərdən alınan kəşfiyyat məlumatları olmadan bu silahlardan istifadə etmək mümkün deyil. Bu, yalnız Avropa İttifaqının peyklərindən və ya ABŞ-nin peyklərindən istifadə etməklə, edilə bilər:

"İkinciməqam odur ki, bu raket sistemlərini yalnız NATO hərbi personalı idarə edə bilər. Ukrayna əsgərləri bunu edə bilməzlər. Ona görə də söhbət Ukrayna rejiminin Rusiyanı bu silahlarla vurmasına icazə verib-verməməkdən getmir. Söhbət NATO ölkələrinin hərbi münaqişəyə birbaşa cəlb edilib-edilməməsi barədə qərar verməsindən gedir. Bu qərar NATO ölkələri, ABŞ və Avropa ölkələrinin birbaşa münaqişəyə cəlb olunması demək olacaq". 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
bakivaxti.az

1Sources