EN

İsrail ordusu İranın Suriyadakı raket zavodunu məhv edib

İsrail ordusunun quru əməliyyatı zamanı İranın Suriyada inşa etdiyi yüksək dəqiqli yeraltı raketlərin istehsal olunduğu yeraltı zavod bu həftənin əvvəlində məhv edilib. 

Missiya.Az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Bu İsrail Müdafiə Qüvvələrinin son illərdə Suriyadakı İran hədəflərinə qarşı keçirdiyi ilk quru əməliyyatı olub”, - deyə vurğulanıb.

Bildirilir ki, zavodun məhv edilməsi İran və Hizbullahın Suriya ərazisində yüksək dəqiqlikli orta mənzilli raketlər istehsal etmək səylərinə ciddi zərbə vurub.

 

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
missiya.az

1Sources