EN

ABŞ Ukraynaya 700 milyon dollardan çox yardım edəcək

ABŞ Ukraynaya 700 milyon dollardan çox yardım edəcək.

Demedia.az verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sbiqa 4-cü Krım Platforması Liderlər Sammitində iştirak etmək üçün Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birgə mətbuat konfransı keçirib.

Sbiqa qonaq nazirlərlə ölkəsində davam edən müharibə ilə bağlı inkişafları qiymətləndirdiklərini ifadə edib.
"Bu gün həmkarlarımızla söhbətimizin əsas mövzusu dövlətimizin müdafiə qabiliyyətinin gücləndirilməsidir. Hava hücumundan müdafiə, F-16 (döyüş təyyarələri) , artilleriya mərmiləri, pilotsuz uçuş aparatları, zirehli texnikalar və qələbə üçün digər avadanlıqlar " ,- deyə o bildirib .

Chosen
7
1
demedia.az

2Sources