EN

ABŞ Ukraynaya 700 milyon dollardan çox yardım edəcək

ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Ukraynaya müxtəlif sahələrdə ümumilikdə 717 milyon dollar dəstək verəcəyini açıqlayıb.

Ukraynanın xarici işlər naziri Andriy Sbiqa Krım Platforması Liderlərinin 4-cü Sammitində iştirak etmək üçün Kiyevdə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə birgə mətbuat konfransı keçirib.

Sbiqa qonaq nazirlərlə birlikdə ölkəsində davam edən müharibə ilə bağlı baş verənləri dəyərləndirdiyini bildirib.

Görüş zamanı Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək addımların müzakirə edildiyini qeyd edən Sibiqa, "Bu gün həmkarlarımızla söhbətimizin əsas mövzusu dövlətimizin müdafiə qabiliyyətinin gücləndirilməsidir. Hava hücumundan müdafiə, F-16 (döyüş təyyarələri) , artilleriya mərmiləri, pilotsuz uçuş aparatları, zirehli texnikalar və qələbə üçün digər avadanlıqlar",- deyə qeyd edib.

Sibiqa, həmçinin Ukrayna ordusu üçün yerli istehsalın artırılmasının və onun silahlarının alınmasına sərmayə qoyulmasının vacibliyini vurğulayaraq, "Bu, Ukraynaya hərbi yardımı sürətlə artırmaq və müttəfiqlərimizin qaynaqlarını qorumaq üçün bir üsuldur" ,-deyə bildirib.

Chosen
12
1
aznews.az

2Sources