Dünyanın ən məşhur e-poçt xidmətlərindən biri olan “Gmail”də milyonlarla istifadə olunmamış e-poçt hesabının olduğu düşünülür.

İndex.az xəbər verir ki, bu ilin əvvəlində “Google” e-poçt vasitəsilə istifadəçilərə 2 ildən çox istifadə olunmayan hesabların silinəcəyini bildirmişdi.

Uzun müddətdir daxil olmadığınız hesabınız varsa, bu hesabla birlikdə “Gmail”, “Google Disk” və “Google Foto”dakı bütün məlumatlarınız silinə bilər.

“Google” “Gmail”i daha səmərəli etmək üçün ən son yeniləmələri və süni intellekt tərəfindən dəstəklənən yeniliklər ilə diqqət çəkir.

Buna görə hesabınızın aktiv qalması çox vacibdir.