EN

Şahzadə Harri krallıq həyatına qayıtmaq istəyir - İDDİA

Şahzadə Harri ad gününü həyat yoldaşı Meqan Marklsız qeyd edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Şahzadə Harrinin sentyabrın 15-də 40 yaşı tamam olacaq. Ailəyə yaxın bir mənbəni  dediyinə görə, Susseks hersoqu yaxın dostları ilə səyahət etməyi planlaşdırır. Eyni zamanda, Meqan Markl Kaliforniyada uşaqları ilə qalacaq. 

Böyük Britaniya kralı III Çarlzın kiçik oğlunun həyat yoldaşı, beş yaşlı oğlu Arçi və üç yaşlı qızı Lilibet ilə bayramı qeyd etdikdən sonra dostları ilə kiçik bir səyahətə çıxacağı gözlənilir.

Mənbə əlavə edib ki, şahzadə Harri hələ də ABŞ-dakı həyatdan narazıdır. Qeyd edilib ki, o, özünü tərk edilmiş hiss edir. Mənbə həmçinin bildirib ki, şahzadə Harri çox güman həyat yoldaşı olmadan Böyük Britaniyaya müntəzəm səfərlərdən həzz alır.

"O, İngiltərədəki kral həyatına qayıtmaq istəyir və köhnə dostlarından və həmkarlarından məsləhət istəyir", deyə mənbə qeyd edib.

Bu yaxınlarda kral eksperti Tom Quinn deyib ki, III Çarlzın Amerikaya uçaraq şahzadə Harri və Meqan Marklı, həmçinin nəvələri Arçi və Lilibeti ziyarət etmək istəyir. Daha sonra "New Idea" mənbəsi bildirib ki, Britaniya kralı artıq şəxsi səfəri müzakirə edib, lakin şahzadə Uilyam və kraliça Kamilla bu ideyanı bəyənməyib.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
1
qaynarinfo.az

2Sources