EN

"Sosyedad" matçı üçün Arda ilə bağlı plan

İspaniya La Liqasında 5-ci həftə matçında "Real Madrid" səfərdə "Real Sosyedad"la qarşılaşacaq.Metbuat.az xəbər verir ki, liqada keçirdiyi 4 oyundan sonra 2 qələbə və 2 heç-heçə əldə edən “Real Madrid” daha bir matçda xal itirmək istəmir. Karlo Ançelottinin komandasında yarımmüdafiədə zədəli futbolçular var."Real Madrid"dən Aurelien Tchouameni, Eduardo Camavinga, Dani Ceballos və Jude Bellinghamın zədələri səbəbindən bu matçda iştirak etməyəcəyi ehtimalı var. Bugünkü məşqdən sonra oyunçuların durumu dəqiqləşəcək.Xəbərdə Çuameni və Bellinqhemin matçın heyətində yer ala biləcəyi, lakin bu adlar olmadığı üçün orta sahə üçlüyünün Federiko Valverde, Luka Modriç və Arda Gülərdən ibarət ola biləcəyi ifadə edilib.

Qeyd edək ki, Arda Gülər bu mövsüm Real Madriddə 4 matçda forma geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
metbuat.az

1Sources