Naxçıvan, 12 sentyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət sahələrinə uyğun olaraq göstərilən xidmətlərin rəqəmsallaşmasına üstünlük verir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Xidməti tərəfindən vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə cari ilin 8 ayında 4185 elektron xidmət göstərilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə elektron xidmətlərdən istifadə sayı 3307 və ya 4,8 dəfə çox olub.