EN

Məşhur Hollivud ulduzu Uill Smit Bakıya gəlib

Dünya şöhrətli aktyor və musiqiçi Uill Smit “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində ölkəmizə gəlib.

55 yaşlı sənətçinin uçduğu təyyarə bu gecə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.

Uill Smit Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində sentyabrın 13-də Bakıda konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Qran Prisinə oturacaqlara bilet almış bütün bilet sahibləri konsertə pulsuz giriş əldə edəcəklər.

Uill Smit əyləncə sənayesindəki karyerasına The Fresh Prince kimi tanınan reper kimi başlamış və “The Fresh Prince of Bel-Air” televiziya şousundan sonra geniş tanınmağa nail olub. O, daha sonra “Müstəqillik Günü”, “Qara paltarlı adamlar”, “Əli” kimi məşhur filmlərində rol alaraq uğurlu kino karyerası qurub. İstedadları və təbii xarizması sayəsində Smit çoxsaylı mükafatlar alıb və Hollivudun ən məşhur ulduzlarından birinə çevrilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
11
azpost.info

10Sources