EN

Elməddin Cəfərovun yeni serialının baş rollarında hansı aktrisalar çəkiləcək? - AÇIQLAMA

"Yeni başlayacaq "Qara-qura işlər" adlı serialımızın baş rollarında çəkilən aktrisalar Ülviyyə Xəlilbəyli və Fəridə Şahbazovadır".

Bu sözləri məşhur aktyor Elməddin Cəfərov Hit.az-a açıqlamasında deyib.

O, Müşfiq Şahverdiyevlə birlikdə baş rolda oynayacağı serial barəsində bunları deyib:

"Əvvəlki seriallarımızda rol alan Firəngiz Mütəllimova və Fatma Mahmudova yeni layihəmizdə rol almayacaq. Həmçinin, "Bacanaqlar" serialında "Sevda" obrazına həyat verən Nigar Tofiqqızı da aramızda olmayacaq. Çünki serialın layihə rəhbəri mən deyiləm. 

Ümumiyyətlə, mən "Qara-qura işlər"də sadəcə olaraq aktyor kimi çalışıram. Bəlkə də, adları çəkilən aktrisalar gələcəkdə ekran işində rol alarlar. Lakin bu, layihə rəhbərinin istəyi ilə ola bilər. İnşallah bir gün onlar da "Qara-qura işlər"də çəkilərlər". 

Müsahibimiz qeyd edib ki, layihənin rəhbəri "Qara-qura işlər"in əvvəl çəkilən seriallara bənzəməsini istəmir:

"Bu, onun öz məhsuludur və yeni simaları çəkmək istəyir. Yəni "Bacanaqlar" və ya digər serialları təkrarlamaq istəmir. "Qara-qura işlər"in hansısa serialın təkrarı kimi görünməməsinə çalışılır. Tamaşaçıların beynində köhnə serialların təsirini yaratmamaq istənilir".

Elməddin Cəfərov serialda "Bacanaqlar"ın heyətindən başqa heç kimin olmadığını deyib:

"Hal-hazırda "Bacanaqlar"ın heyətindən məndən başqa heç kim yoxdur. Lakin hər bölümdə 1 və ya 2 qonaq oyunçu çəkiləcək". 

Sevilən aktyor yeni serialının nə zaman başlayacağını da söyləyib:

"İlk seriya oktyabrın 5-i nümayiş olunacaq. Serial şənbə günləri yayımlanacaq. Lakin saatı hələlik dəqiq deyil". 

Pərviz Şimşək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
hit.az

1Sources