EN

İraqın baş naziri: Biz heç vaxt İranın ərazimizdən təhdid edilməsinə icazə verməyəcəyik

Biz heç vaxt İranın ərazimizdən təhdid edilməsinə icazə verməyəcəyik.

İnterpress.az xəbər verir ki, bunu İraqın baş naziri əl-Sudani İran prezidenti Pezeşkianla birgə mətbuat konfransında deyib.

“Biz heç vaxt heç bir tərəfin İraq ərazisindən İslam Respublikasına qarşı təcavüz, düşmənçilik və ya transsərhəd təhdidlər törətməsinə icazə verməyəcəyik”, – əl-Sudani bildirib.

Bu gün səhər saatlarında İraqa seçildikdən sonra ilk rəsmi xarici səfərinə gələn Pezeşkian prezident Rəşid və əl-Sudani ilə görüşlər keçirib.

Tərəflər müxtəlif sahələrdə əməkdaşlığa dair 14 anlaşma memorandumu imzalayıb və bir sıra sənədlər qəbul ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
47
interpress.az

10Sources