EN

İraqdan Türkiyə qərarı: Artıq sərbəst olacaq

İraq hökuməti 50 yaşdan yuxarı və 15 yaşdan kiçik Türkiyə vətəndaşlarının İraqa vizasız gedə biləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə  İraqın Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən yazılı açıqlamada bildirib. 

Bu Türkiyə vətəndaşlarının pasportlarına İraqdakı hava limanlarında və sərhəd qapılarında giriş möhürü vurulacaq və bu şəxslər İraqda 30 gün yaşaya biləcəklər.

Xatırladaq ki, 15 yaşdan aşağı və 50 yaşdan yuxarı iraqlılar üçün də Türkiyə İraqı vizadan azad etmişdi.

Chosen
17
1
cebheinfo.az

7Sources