EN

İraqdan Türkiyə qərarı: Artıq sərbəst olacaq

İraq hökuməti 50 yaşdan yuxarı və 15 yaşdan kiçik Türkiyə vətəndaşlarının İraqa vizasız gedə biləcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İraq Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən yazılı açıqlamaya görə, Nazirlər Şurasının iclasında 50 yaşdan yuxarı və 15 yaşdan kiçik adi pasporta malik Türkiyə vətəndaşlarının İraqa vizasız gedə bilməsi qərara alınıb.

Bu Türkiyə vətəndaşlarının pasportlarına İraqdakı hava limanlarında və sərhəd qapılarında giriş möhürü vurulacaq və bu şəxslər İraqda 30 gün yaşaya biləcəklər.

15 yaşdan kiçik və 50 yaşdan yuxarı iraqlılar üçün də Türkiyəyə viza azadlığı təmin edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Chosen
22
3
turkustan.az

7Sources