EN

İsrailin qaçqın düşərgəsinə hücumu nəticəsində 9 nəfər həlak olub

İsrail ordusunun Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsinə hücumu nəticəsində azı 9 nəfər həlak olub.

"Operativ Məlumat Mərkəzi-OMM" Qətərin “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, İsrail ordusunun reydləri zamanı daha bir neçə nəfər yaralanıb.

Telekanalın məlumatına görə, ötən ilin oktyabrından İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı ümumilikdə 41 020 nəfər ölüb, 94 925 nəfər yaralanıb.

İsrailin İordan çayının qərb sahilinə hücumları nəticəsində 692 fələstinli ölüb, 5700-dən çox şəxs yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
43
operativmm.az

10Sources