EN

Qəzzada ölənlərin sayı açıqlandı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 20 nəfərə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində Qəzza zolağında daha 32 fələstinli həyatını itirib, 100 fələstinli isə yaralanıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 41 min 20-yə, yaralıların sayı isə 94 min 925-ə yüksəlib.

Məlumatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
2
cebheinfo.az

10Sources