EN

Moskvada gərginlik-PUA hücumu-Ölən və yarananlar var

Moskva vilayətinin Ramenskoye rayonuna dron hücumu zamanı iki yaşayış binasında yanğın baş verib.

XALQ.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev məlumat verib.

Onun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarənin Ramenskoyedəki yaşayış binasına çırpılması nəticəsində 11-12-ci mərtəbələrdəki evlərdə yanğın baş verib, 46 yaşlı qadın ölüb.

 

PUA-lardan biri isə Vısokovoltnaya küçəsindəki binaya çırpılıb.
 Hadisələr zamanı 3 nəfər yaralanıb.

O, həmçinin bildirib ki, ümumilikdə bu gecə hava hücumundan müdafiə qüvvələri Podolsk, Ramenskoye, Lyubertsı, Domodedovo və Kolomna şəhər rayonlarında 14 pilotsuz uçuş aparatı vurub.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
15
xalq.az

10Sources