EN

Lamiyə Vəliyeva: "Hisslərimi sözlə ifadə etmək çox çətindir"

"Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım".
 
Bu sözləri Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanmış Azərbaycan idmançısı Lamiyə Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
 
"Hisslərimi sözlə ifadə etmək çətindir. Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə təşəkkür edirəm. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi".
 
Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda qızıl, 400 metr məsafəyə qaçışda isə gümüş medal qazanıb.
 
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
112
10
moderator.az

10Sources