EN

“Marsa ilk səfər iki il sonra baş tutacaq” – Mask

“Marsa ilk səfər iki il sonra baş tutacaq” – Mask




İlon Mask “Starship” kosmik gəmisinin Marsa ilk səfərinin iki il sonra baş tutacağını gözləyir.AzFakt.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat verib.“İki ildən sonra ilk “Starship”lər Marsa göndəriləcək. Yerlə Mars arasında növbəti transfer pəncərəsi açılacaq. Onlar pilotsuz olacaq və Marsa enişin təhlükəsizliyini sınaqdan keçirəcək. Əgər eniş uğurlu olarsa, dörd ildən sonra ilk pilotlu gəmilər Marsa buraxılacaq”, - Maks bildirib.O, əlavə edib ki, bundan sonra uçuşların tezliyi eksponensial şəkildə artacaq. “Onların əsas məqsədi 20 il ərzində Marsda özünü təmin edə bilən şəhər yaratmaq olacaq”, - o, deyib.Qeyd edək ki, “Starship” Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanır. “Starship” kosmik sisteminin universal olacağı nəzərdə tutulur. Bu sistemdən müxtəlif versiyalarda Yer orbitinə pilotlu uçuşların təşkil edilməsi, həmçinin müxtəlif versiyalarda peyklərin buraxılması üçün istifadə etmək mümkün olacaq.Eyni zamanda bu kosmik sistem vasitəsilə Aya və Marsa, eləcə də daha uzaq səma cisimlərinə missiyaların yerinə yetirilməsi gözlənilir.Yenidən istifadə edilə bilən “Super Heavy” sürətləndiricilərinin və “Starship” gəmilərinin Yerə şaquli eniş etməsi nəzərdə tutulur.




Xəbərin oxunma sayı :
22

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
17
azfakt.com

10Sources