İsrail 339 gündür Qəzza zolağında qırğınlarını davam etdirir.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
Bildirilib ki, son 24 saatda Qəzza zolağına edilən 2 hücumda 16 fələstinli ölüb, 64 fələstinli isə yaralanıb.
Məlumata görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 40 min 988-ə, yaralıların sayı isə 94 min 825-ə yüksəlib.
Sevinc İBRAHİMZADƏ