EN

Kamran Əliyev yüksək vəzifəyə təyin olunan prokurorluq işçisini təltif etdi - FOTO

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Əhmədov Mübariz Hüseyn oğlunun Ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 9 sentyabr 2024-cü il tarixdə Baş Prokurorluğun inzibati binasında tədbir keçirilib.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Tədbir zamanı Baş prokuror dövlət başçısı cənab İlham Əliyev tərəfindən Mübariz Əhmədova göstərilən yüksək etimad ilə bağlı səmimi təbriklərini çatdırıb, ona prokurorluq orqanlarında uzunmüddətli qüsursuz fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə “Prokurorluğun fəxri işçisi” döş nişanı və hədiyyə təqdim edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
15
e-huquq.az

10Sources