EN

Xızıda İran vətəndaşından metamfetamin və heroin almış şəxs saxlanılıb

Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ayaz Akif oğlu saxlanılıb.

DİN-in mətbuat xidmətindən Yeniazerbaycan.com-a verilən xəbərə görə, onun üzərindən güclü təsiredici xassəyə malik heroin və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

O, heroin və metamfetamini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
15
yeniazerbaycan.com

10Sources