ABŞ mətbuatında çıxan xəbərlərə görə, əmək haqqı, sağlamlıq xidmətləri və əməyin mühafizəsi ilə bağlı danışıqlar zamanı “Boeing” ilə təxminən 33 min üzvü olan Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Həmkarlar İttifaqı arasında müvəqqəti müqavilə imzalanıb.

İndex.az xəbər verir ki, razılaşmaya görə, 4 illik müqavilə çərçivəsində işçilərin maaşları 33% artacaq.

Bu, ittifaqın danışıqlar zamanı tələb etdiyi 40%-dən də azdır. İşçilər sentyabrın 12-də Vaşinqtonda və Cənubi Karolinada “Boeing” ilə həmkarlar ittifaqı arasında əldə edilmiş ilkin razılaşmaya səs verəcəklər. Müqavilə qəbul edilməzsə, işçilərin tətilə çıxması ehtimalı var.

Mümkün bir tətilin bu ilin ikinci rübündə təxminən 1,44 milyard dollar xalis zərər verdiyini bildirən və gəlirinin 14,6 faiz azaldığını açıqlayan “Boeing”in üzləşdiyi çətinlikləri daha da artıracağı bildirilir.