EN

Millətlər Liqası: Portuqaliyadan çətin qələbə, İspaniyadan darmadağın

UEFA Millətlər Liqasında 2-ci tur start götürüb.

7Times.az  xəbər verir ki, A, C və D liqalarında ümumilikdə 9 matç baş tutub.

Millimizin rəqiblərindən İsveç evdə Estoniya üzərində qələbə qazanıb.

Sin Avropa çempionu İspaniya səfərdə İsveçrəyə böyük hesabla qalib gəlib.

İlk turda Xorvatiyadan güclü olan Portuqaliya ardıcıl ikinci qələbəsini Şotlandiya üzərində əldə edib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 2-ci tur
8 sentyabr

A Liqası, 1-ci qrup

Xorvatiya – Polşa 1:0
Qol:
 Modriç, 52.

Portuqaliya – Şotlandiya 2:1
Qol:
 B.Fernandes, 54. Ronaldu, 88 – Maktominey, 7.

Xal: Portuqaliya – 6. Xorvatiya – 3. Polşa – 3. Şotlandiya – 0.

A Liqası, 4-cü qrup

Danimarka – Serbiya 2:0
Qollar:
 Qronbaek, 36. Poulsen, 61.

İsveçrə – İspaniya 1:4
Qollar:
 Amduni, 41 – Xoselu, 4. F.Ruis, 13; 77. F.Torres, 80.

Xal: Danimarka – 6. İspaniya – 4. Serbiya – 1. İsveçrə – 0.

C Liqası, 1-ci qrup

Slovakiya – Azərbaycan 2:0
Qollar
: Duda, 22-pen. Streleç, 26.

İsveç – Estoniya 3:0
Qollar
: Qyokereş, 30; 44. İsak, 40.

Xal: İsveç – 6. Slovakiya – 6. Estoniya – 0. Azərbaycan – 0.

C Liqası, 3-cü qrup

Lüksemburq – Belarus 0:1
Qol:
 Qromko, 76.

Bolqarıstan – Şimali İrlandiya 1:0
Qol
: Despodov, 40.

Xal: Belarus – 4. Bolqarıstan – 4. Şimali İrlandiya – 3. Lüksemburq – 0.

D Liqası, 1-ci qrup

Cəbəllütariq – Lixtenşteyn 2:2
Qollar:
 Uolker, 8. Skanlon, 90+7 – F.Sağlam, 53. Hasler, 90+14-pen.

Xal: San Marino – 3. Cəbəllütariq – 1. Lixtenşteyn – 1.

Fanat.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
12
7times.az

10Sources