EN

Konor Makqreqor prezidentliyə namizəd olacaq

İki çəkidə keçmiş UFC çempionu Konor Makqreqor 2025-ci ildə İrlandiya prezidentliyinə namizəd olacağına eyham vurub.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

"Mən irlandların bu soyğunçulardan, ailələri və kiçik biznesləri məhv edənlərdən almağa çalışdıqları bütün cavabları alacağam. Yüksək vəzifələrdə çalışan şarlatanlar İrlandiya xalqı qarşısında cavabdehlik daşıyacaqlar", - Makqreqor yazıb.

Döyüşçünün qeyd etdiyi kimi, o, yeganə məntiqli seçimdir, çünki İrlandiyaya xalqın xeyrinə işləyəcək prezident lazımdır.

34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. Görüş ilk raundda başa çatıb və irlandiyalının ayağı sınıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
103
6
milli.az

6Sources