EN

Türkiyədə zirehli maşının aşması nəticəsində 4 əsgər həlak olub

Türkiyənin Tunceli vilayətində hərbi avtomobilin dərəyə yuvarlanması nəticəsində 4 hərbçi həlak olub, biri ağır yaralanıb.

Yeniazerbaycan.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya bildirib.

O, texnikanın hansı səbəbdən qəzaya düşdüyünün məlum olmadığını deyib.

Əraziyə helikopterlə hərbçilər, təcili yardım briqadası və digər qurumların əməkdaşları cəlb edilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
97
41
yeniazerbaycan.com

10Sources