EN

İran XİN sözçüsü ballistik raketlərin Rusiyaya ötürülməsindən danışıb


İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani ballistik raketlərin Rusiyaya ötürülməsini təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə İRNA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu cür iddialar əsassızdır və siyasi məqsədlər güdən ayrı-ayrı Qərb ölkələri tərəfindən təkrarlanır.
“Dəfələrlə vurğulandığı kimi, İran İslam Respublikası müharibəyə qarşı olmaqla yanaşı, münaqişəyə son qoymaq üçün Rusiya və Ukrayna arasında fikir ayrılıqlarının həlli üçün siyasi həll yolunu dəstəkləyir”, - deyə Nasser Kanaani qeyd edib.
Kənaani vurğulayıb ki, “İran heç vaxt münaqişənin və onun davamının bir hissəsi olmayıb”.
Eyni zamanda o əlavə edib ki, İran və Rusiya arasında normal hərbi əməkdaşlıq Ukraynada müharibə başlamazdan əvvəl də davam edib.
“Əməkdaşlıq ikitərəfli sazişlər çərçivəsində baş verir, beynəlxalq hüquq və normalara əsaslanır və Ukrayna böhranı ilə heç bir əlaqəsi yoxdur”, - deyə Nasser Kanaani izah edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
6
yeniavaz.com

10Sources