8-9 sentyabr tarixlərində Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı şəhərinin Meysəri kəndində Üçüncü Üzüm və Şərab Festivalı keçirilib.
Festivalda şərab istehsalçıları, şərabçılıq turizmi ilə məşğul olan sənaye üzvləri, rəsmi və media nümayəndələri, şərab həvəskarları iştirak ediblər.
Festivalın 2-ci günündə ziyarətçilər yerli və xarici istehsalçıların şərab məhsullarını dadıb, onlara şərab növləri haqqında məlumat verilib, həmçinin satışı təşkil olunub.
Qeyd edək ki, Festivalın keçirilməsinin məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, şərab məhsullarının ixrac potensialını artırmaq, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.
Festivalda sərgi, əyləncə, müxtəlif master-klass zonaları və tanınmış restoranların pavilyonları quraşdırılıb, 23 şərab evinin iştirakı təmin edilib, musiqili proqram və müxtəlif əyləncələr nümayiş olunub.
Xatırladaq ki, Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan yerli üzüm sortlarının və şərab növlərinin mövcudluğu nəzərə alınaraq şərabçılıq turizminin beynəlxalq səviyyədə təbliğatı aparılır.
Ölkəmizdə qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə, o cümlədən Xocavənd rayonunun Tuğ qəsəbəsində mövcud qədim şərabçılıq ənənələrinin yaşadılması və turizm məqsədli istifadəsi əsas inkişaf istiqamətləri sırasındadır.
HÉ™mçinin AzÉ™rbaycan 20 ölkÉ™nin ÅŸÉ™rabçılıq marÅŸrutunu özündÉ™ birləşdirÉ™n, Avropa Åžurası vÉ™ Avropa MÉ™dÉ™ni MarÅŸrutlar Ä°nstitutu tÉ™rÉ™findÉ™n ÅŸÉ™rab irsi vÉ™ ÅŸÉ™rabçılıq turizmini, elÉ™cÉ™ dÉ™ dayanıqlı turizm növlÉ™rini təşviq etmÉ™k mÉ™qsÉ™di ilÉ™ yaradılmış “Ä°ter Vitis” maddi vÉ™ qeyri-maddi ÅŸÉ™rabçılıq mÉ™dÉ™ni marÅŸrutunun üzvüdür.