EN

Ermənistanda atışma: Bir polis öldü, digəri yaralandı - YENİLƏNİB

Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində atəş açaraq polis kapitanını öldürüb, polis leytenantını yaralayan şəxs artıq saxlanılıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nalbandyan kənd sakini 41 yaşlı Manuk Marqaryan kənd ərazisində aşkarlanıb. Onun üzərindən qanunsuz saxladığı avtomat da götürülüb.


***

09.07

Ermənistanın Armavir vilayətinin Nalbəndyan kəndində silahlı insident olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb. Nəticədə iki polis əməkdaşı yaralanıb. Yaralılardan biri xəstəxanada ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
33
bakivaxti.az

10Sources