“Abşeron” heyətini millimizin voleybolçusu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, ölkə çempionatının gümüş mükafatçısı blokçu Anastasiya Mertsalovanı heyətinə qatıb.
Ötən mövsümü o, Rusiyanın "Severyanka" klubunda keçirib.
Qeyd edək ki, Mertsalova iki il əvvəl “Azərreyl”də çıxış edib.