EN

Faciəvi şəkildə ölən Nazim avtomobili sərxoş vəziyyətdə idarə edib?

Xəbər verdiyimiz kimi, Beyləqan rayonunda ağır yol qəzası olub. publika.az qəzada həlak olan Nazim Rzayev barədə yeni məlumat əldə edib.

Bizim.Media xəbər verir ki, belə ki, hadisədən öncə o, toy məclisində iştirak edib. Toydan sonra sərxoş vəziyyətdə avtomobili idarə edən N.Rzayev Beyləqan-Daşburun yolunda idarəetməni itirib. Nəticədə avtomobil aşıb və Nazim Rzayev aldığı xəsarətlərdən vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI:

Prokurorluq əməkdaşı yol qəzasında vəfat etdi - FOTO


Qeyd edək ki, mərhum ailəli olub. Onun 2 yaşlı qızı var.

Nazim Rzayev Şəmkir rayon sakinidir. O, Beyləqan rayon prokurorunun köməkçisi vəzifəsində çalışırmış.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
5
bizim.media

9Sources