EN

"Mançester Yunayted" legionerini 40 milyona satmağı planlaşdırır

"Mançester Yunayted"in hücumçusu Entoni yanvarda komandasını dəyişəcək.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, “Nyukasl” “Nottingem”in vingeri Entoni Elanqanın transferində maraqlıdır. Əgər “Nyukasl” isveçlinin keçidini həll edə bilməsə,

Antoni üçün ciddi addımlar atacaq. Hazırda Premyer Liqa təmsilçisi həm Elanqa, həm də Antoni üçün ilkin danışıqlar aparır.

"Mançester Yunayted" isə braziliyalını 40 milyon funta satmağa hazırdır. 24 yaşlı braziliyalı 2022-ci ildə “Ayaks”dan Mançester klubuna keçib.

O, 2027-ci il iyunun 30-na qədər “qırmızı şeytanlar”a məxsusdur.

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
sportal.az

1Sources