EN

Kral Hüseyn sərhəd keçid məntəqəsi bağlıdır

İsrail Kral Hüseyn (Allenbi) Sərhəd Qapısını hər iki istiqamətdə bağlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fələstin dövlət televiziyası məlumat yayıb.

Qərar 3 israillinin öldüyü silahlı hücumdan sonra verilib.

Bildirilib ki, İordan çayının qərb sahilinin şərqində yerləşən Yerixo şəhərinin marşrutu üzrə bütün yollar da İsrail əsgərləri tərəfindən bağlanıb.

İsrail radiosu hücum zamanı orada olan iki sürücü və işçinin hücum edənlə əlaqəsi ola biləcəyi şübhəsi ilə saxlanıldığını bildirib.

İordaniya Daxili İşlər Nazirliyi də hadisə ilə bağlı araşdırmalara başlayıb.

İsrail ordusu, İsrail ilə İordaniya arasındakı Kral Hüseyn (Allenbi) Sərhəd Qapısına təşkil edilən silahlı hücumda 3 İsrail vətəndaşının öldürüldüyünü, təcavüzkarın isə zərərsizləşdirildiyini açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
ikisahil.az

1Sources