EN

Bir London klubundan digərinə keçdilər

Bu yay “Çelsi”ni Rahim Sterlinq də tərk edib. Onu “Arsenal” transfer edib.

"Football-plus.az" xəbər verir ki, ingilis futbolçu 2024/25 mövsümünün sonuna qədər “Arsenal”da icarə əsasında çıxış edəcək. Qeyd edək ki, Rahim bundan əvvəl “Liverpul”da və “Mançester Siti”də oynayıb.

O, ötən mövsüm bütün turnirlərdə 43 matçda iştirak edib, 10 qol vurub və 8 məhsuldar ötürmə verib. Rahimin “Çelsi” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub

“Arsenal”ı daha bir oyunçu tərk edib. London klubu Ris Nelsonu icarəyə göndərib. Klubun saytının məlumatına görə, futbolçu “Fulhem”ə keçib. 24 yaşlı ingiltərəli yarımmüdafiəçi ilə imzalanan icarə müqaviləsi 1 illikdi. Qeyd edək ki, Ris ötən mövsüm 23 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
36
football-plus.az

1Sources