EN

Samuxda qəza: Ölən və yaralanan var

Samuxda ölümlə nəticələn yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Hyundai" ilə "VAZ" markalı maşın toqquşub.

Qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, "Hyundai" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu avtomobilin sürücüsü, E.Əhmədov müxtəlif bədən xəsarətləri alıb, sərnişin 1945-ci il təvəllüdlü Gilə Məmmədova isə aldığl xəsarətlərdən ölüb.

Hadisə yerinə Samux RPŞ-nin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.

Tural Əhmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
118
22
unikal.az

10Sources