EN

“Müharibədə hələ dönüş nöqtəsi olmayıb” –Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi

“Rusiya-Ukrayna müharibəsində hələ dönüş nöqtəsi olmayıb”.

Azpost.info RBC-Ukrayna-ya istinadən  xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Radio Xartiya”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, lakin bu məqam artıq yaxındır.

“Allaha şükürlər olsun ki, düşmənə doğru dönüş baş vermədi. Hələ heç dönüş yoxdur, amma hər şey yaxındır. Bu, bir ömrün boyu belə davam edə bilməz, resurslar sonsuz deyil: nə bizim, nə də onların”, – Budanov bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya yaxın iki ay ərzində təhlükəsizlik blokunda ciddi dəyişikliklər planlaşdırır və bunu tezliklə hamı görəcək.

Rusiya tərəfinə gəlincə, sizə deyə bilərəm: yaxın iki ayda onlar təhlükəsizlik blokunda ciddi dəyişikliklər planlaşdırırlar. Tezliklə görəcəyik, gözləməyə çox vaxt qalmayıb”, – deyə Baş Kəşfiyyat İdarəsinin rəisi bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
azpost.info

1Sources