EN

Millətlər Liqası: İlk tura yekun vurulur

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 1-ci turuna yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.

Günün əsas oyunlarından biri Almaniyada yerli "Bundestim"lə Macarıstan yığması arasında keçiriləcək. A Liqasındakı digər oyun Niderland ilə Bosniya və Herseqovina yığmaları arasında olacaq.

B liqasında çıxış edən İngiltərə millisi isə İrlandiyanı yenməyə çalışacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur
7 sentyabr

A Liqası, 3-cü qrup

22:45. Almaniya – Macarıstan
22:45. Niderland – Bosniya və Herseqovina

B Liqası, 1-ci qrup

20:00. Gürcüstan – Çexiya
22:45. Ukrayna – Albaniya

B Liqası, 2-ci qrup

20:00. İrlandiya – İngiltərə
22:45. Yunanıstan – Finlandiya

C Liqası, 4-cü qrup

17:00. Farer adaları – Şimali Makedoniya
20:00. Ermənistan – Latviya

D Liqası, 2-ci qrup

20:00. Moldova – Malta

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
76
4
fanat.az

10Sources