Bu gün Minifutbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
"Football-plus.az" xəbər verir ki, 1/8 finalda Azərbaycan dueli baş tutub. Turnirdə ölkəmizi təmsil edən "Birbaşa Bakı" "AzNur"u minimal hesabla məğlub edib.
7 sentyabr
Çempionlar Liqası, 1/8 final mərhələsi
“Birbaşa Bakı” – “AzNur” – 1:0
Qol: Emil Məmmədov, 36.
Qeyd edək ki, “Birbaşa Bakı”nın növbəti mərhələdə rəqibi “Meksikani Ber Şava” (İsrail) – “Belfut İaşi” (Rumıniya) cütünü qalibi olacaq.