EN

Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi- FOTO

Image

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Lamiyə Vəliyevanın “Paris-2024” Yay Paralimpiya Oyunlarında növbəti uğuru – gümüş medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım edib.

Paylaşımı təqdim edirik:

“Paris-2024” Yay Paralimpiya Oyunlarında dünya rekordunu yeniləmiş qızıl mükafatçımız Lamiyə Vəliyevanın növbəti qələbəsi! Gümüş medal! Azərbaycanı layiqincə təmsil edən idmançımızı səmimi-qəlbdən təbrik edir, ona güc, enerji və yeni qələbələr arzulayıram!”.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
94
49
baki-xeber.com

10Sources