EN

Argentina Maduronun həbsini İSTƏDİ

Buenos Ayres Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna müraciət edərək Venesuela prezidenti Nikolas Maduronun həbsini istəyib.

Modern.az xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.

“İyulun 28-dən Venesuelada vəziyyətin pisləşməsi və bəşəriyyətə qarşı cinayət sayılan yeni əməllərin icrası fonunda Argentina Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu məhkəməyə qədər Palatadan Nikolas Maduronun həbsinə order verilməsini tələb etməyə çağırır”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, Argentina Venesuela hökumətinin digər liderlərinin də həbsinə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
modern.az

1Sources