EN

"Barselona"nın 2025-ci il üçün transfer planı üzə çıxdı: 2 ulduz

"Barselona" klubu müdafiəsini və yarımmüdafiəsini gücləndirmək niyyətindədir.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi "Bayer Leverkuzen"in müdafiəçisi Conatan Ta və "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixlə müqavilə imzalamağa hazırdır. 

"Blauqrana" bu futbolçuları klublarla müqavilələri başa çatan 2025-ci ilin yayında almaq istəyir.

“Barselona”nın artıq niyyətini futboçuların agentlərinə bildirib. 

Bu mövsüm Ta bütün turnirlərdə 4 qarşılaşmada iştirak edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Kimmix bu mövsüm bütün yarışlarda 3 oyun keçirib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
104
11
90deqiqe.az

10Sources