EN

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazandı

Orxan Aslanov Paris-2024-də uğurlu çıxış ilə yadda qalıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Aslanov T13 kateqoriyasında uzunluğa tullanma yarışında qızıl medal qazanıb.

O, 7.29 metrlik göstərici ilə hamıdan güclü olub. Bu paralimpiya oyunlarında Orxanın 2-ci qızıl medalı olub. 29 yaşlı idmançımız Tokio-2020-də də qızıl medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycanın Parisdə qazandığı 9-cu medalı olub. İmaməddin Xəlilov (taekvondo), Lamiyə Vəliyeva qızıl və gümüş (atletika), Orxan Aslanov,Səid Nəcəfzadə (atletika) qızıl, Roman Saley (üzgüçülük) gümüş və bürünc, Sabir Zeynalov (taekvondo), Vəli İsrafilov (üzgüçülük) isə bürünc medal qazanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
6
milli.az

6Sources