EN

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi: Pilotsuz təyyarələrimiz artıq 1800 km-ə qədər məsafədəki hədəfləri vura bilir

“Ukrayna pilotsuz təyyarələri artıq 1800 kilometrə qədər məsafədəki hədəfləri vura bilir”.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Facebook” platformasındakı paylaşımında bildirib.

“Ukraynada müharibə davam edir və hazırda ukraynalı mütəxəssislərin üzərində işlədiyi pilotsuz sistemlər artıq 1800 km-ə qədər məsafədə Rusiya qüvvələrinin hərbi hədəflərini vurmağa imkan verir”, - deyə o, əlavə edib.

Budanov vurğulayıb ki bu il hərbi kəşfiyyatın uğurlu fəaliyyəti sayəsində Ukrayna Qara dənizin Rusiyaya aid olmadığını dünyaya sübut edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
50
apa.az

10Sources