EN

Mario Hermoso “Roma” və “Atletiko” azarkeşlərini müqayisə etdi

“Roma”nın ispan müdafiəçisi Mario Hermoso yeni klubu haqda təəssüratını paylaşıb və keçmiş klubu “Atletiko” ilə müqayisələr aparıb.

Arena.az ispan futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Böyük tarixə malik nəhəng bir klub. “Roma” azarkeşlərinin ehtirası və fanatizmi mənə Madrid “Atletiko”sunu xatırladır. Bu gözəl, əntiqə şəhərdə böyük bir ailədir.

Madriddə ailəmlə və idman iddialarımla yaşadığımı nəzərə alsaq, keçid mənim üçün sadə həyati bir addım idi”, deyə Hermoso açıqlayıb.

Xatırladaq ki, bu yay Madrid “Atletiko”sundan azad agent kimi ayrılmış ispaniyalı mərkəz müdafiəçisi Mario Hermoso bir neçə gün öncə “Roma”ya keçib. O, paytaxt klubu ilə 3 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Mario Hermoso Madrid “Real”ının yetirməsidir. Ölkəsində “Valyadolid” və “Espanyol”un da şərəfini qorumuş 29 yaşlı ispan müdafiəçi 2019-cu ildən “Atletiko”nun uğurları üçün çalışırdı. O, Madrid klubunun heyətində 174 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Müdafiənin sol cinahında da oynamağı bacaran Hermoso, vaxtilə İspaniyanın U-19 yığmasında forma geyinib. 2018-ci ildə əsas millidə debüt matçına çıxmış Mario, İspaniya yığmasında cəmi 5 matça çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
30
arena.az

1Sources