EN

Kılıçdaroğlu CHP-nin qurultayına qatılmadı

Ötən gün Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayı başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, qurultaya sabiq sədr Kamal Kılıçdaroğlu qatılmayıb.

Qurultayda onun üçün yer ayrılmasına rəğmən, siyasətçinin gəlməməsi diqqət çəkib. Sabiq sədr üçün ayrılan kresloya isə CHP-nin baş katibi Selin Sayek Böke əyləşib.

Buna rəğmən, partiya sədri Özgür Özəl nizamnamə dəyişiklikləri ilə bağlı sənədləri Kılıçdaroğluna da verdiklərini və onun məsləhətlərini aldıqlarını açıqlayıb. 

Qeyd edək ki, partiyanın nizamnaməsinə dəyişikliklərin olacağı qurultay 9 sentyabra qədər davam edəcək. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
54
cebheinfo.az

1Sources