EN

“Real”la MS futbolçularını dəyişə bilər

“Mançester Siti” “Real”ın hücumçusu Rodriqo ilə maraqlanır. “Kral klubu” da öz növbəsində “şəhərlilər”in yarımmüdafiəçisi Rodri Hernandesi sıralarında görmək istəyir.Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, tərəflər razılığa gələ bilsələr, hər iki sövdələşmə gələn il yekunlaşa bilər.Rodrinin transfer dəyəri 130 milyon, Rodriqonun isə 110 milyon avro qiymətləndirilir. İspan yarımmüdafiəçinin İngiltərə çempionu ilə 2027-ci ilin ortalarına, braziliyalı forvardın isə “Real”la 2028-ci ilin yayına qədər müqavilə öhdəliyi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2720
komanda.az

1Sources