EN

Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib

Vyetnamda “Yaqi” qasırğasına görə 300-dən çox uçuş ləğv edilib

“Yaqi” qasırğasının yaxınlaşması ilə əlaqədar Vyetnamda sentyabrın 7-də yerinə yetirilməli olan 330 uçuş ləğv edilib. Bunların 240-ı yerli, 70-i isə beynəlxalq uçuşdur.

AZƏRTAC Vyetnam mediasına istinadla xəbər verir ki, uçuşlar paytaxt Hanoy, Hayfon və Thosuan şəhərləri, Kuanqnin əyalətindəki hava limanlarında ləğv edilib.

Proqnozlara görə qasırğa ölkənin şimal hissəsində, o cümlədən paytaxtda təsirli olacaq. Bu səbəbdən 5,6 milyon şagirdin təhsil aldığı məktəblərdə dərslər dayandırılıb. Qasırğanın törədə biləcəyi fəsadlarla mübarizəyə və qabaqlayıcı tədbirlərə 457 min hərbi qulluqçu, 10 min texnika cəlb olunub.

Meteoroloqlar “Yaqi” qasırğasının güclü külək və 400 millimetrlik yağıntı gətirəcəyini proqnozlaşdırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
18
ilk.az

10Sources