EN

Goyçayda bir ailənin 4 üzvü zəhərləndi

Goyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Göyçayın Xəlitli kənd sakinləri – Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
28
heftelik.az

10Sources