EN

Məşhur hücumçu Braziliyada oynayacaq

"Ateltiko"dan ayrıldıqdan sonra klubsuz olan Memfis Depay Avropanı tərk edəcək. 

Bizim.Media xəbər verir ki, niderlandlı hücumçu karyerasını Braziliyada davam etdirəcək. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

30 yaşlı forvard "Korintians" klubu ilə anlaşıb. Ulduz futbolçu tibbi müayinədən keçdikdən sonra A Seriyası təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Memfis Depay 2023/2024 mövsümünü "Atletiko"da keçirib. Niderland millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
38
bizim.media

10Sources