EN

"CBC Sport"un baş redaktoru: "I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq"

Artıq Futbol üzrə Azərbaycan çempionatının I Liqasının startına sayılı günlər qalıb.

Yarışın ilk turunun oyun cədvəli bu gün bəlli oldu. Turun 4 matçı Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında, "Qəbələ" - "Zaqatala" dueli isə “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

I Liqanın növbəti qarşılaşmalarının televiziyada yayımlanacağı məlumatını isə "CBC Sport"un xəbərlər departamentinin baş redaktoru Şəmsəddin Abbasov apasport.az saytına açıqladı. O, "Qəbələ" - "Zaqatala" seçiminin səbəbini də əsaslandırdı: 

"Ötən mövsüm ərzində I Liqanın bir neçə matçını canlı yayımlamışdıq. Artıq gələn həftə çempionat yenidən start götürür. Bu dəfə "Qəbələ" - "Zaqatala" oyununu canlı yayımlayacağıq. PFL-lə də məsləhətləşdik və ilk turun açılış matçı olduğu üçün bu görüşü daha məqsədəuyğun gördük. Həm Qəbələ şəhər stadionu çəkiliş üçün daha əlverişlidir, həm də maraqlı dueldir. İmkan daxilində I Liqanın bir neçə oyununu da canlı yayımlamağı nəzərdə tutmuşuq". 

İsmayıl Xeyrullayev

Çempionlar Liqası: "AzNur" ikinci matçında heç-heçə edib

Avarçəkənlərimiz dünya çempionatında iştirak edəcək

"Gəncə"də növbəti ayrılıq

Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib

"Neftçi"nin yeni sponsoru açıqlanıb

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
apasport.az

1Sources