EN

“Zirə” “Neftçi”nin heyətində çempion olmuş legionerlə anlaşıb

“Zirə”

“Zirə” klubu heyətinə yeni futbolçu cəlb edib.

AZƏRTAC xəbər verir ki, “qartallar” nigeriyalı hücumameyilli yarımmüdafiəçi Yusuf Lavalla anlaşıb. 27 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Y.Laval son olaraq Portuqaliyanın “Arauka” komandasında çıxış edib.

Qeyd edək ki, Yusuf Laval 2020-ci ilin yayından 2023-cü ilin yanvarınadək Azərbaycanda “Neftçi”nin formasını geyinib. O, 2020-2021-ci illər mövsümündə “ağ-qaralar”ın heyətində Premyer Liqanın qalibi olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
1
azertag.az

2Sources